Misli Premyer Liqasında 35-ci turunun maraqla gözlənilən oyunlarından biri Şamaxıda baş tutacaq.Sport1.az xəbər verir ki, yerli komanda "Araz-Naxçıvan"ı qəbul edəcək.
Naxçıvan təmsilçisi səfərdən qalib ayrılarsa, mövsümün bitməsinə 2 tur qalmış bürünc medalı təmin etmiş olacaq. 36 xalla 7-ci sırada qərarlaşan meydan sahibləri isə 4 xal irəlidə olan "Neftçi"yə çatmaq üçün və ya mövqeyini 4 xal gerisində olan "Kəpəz"dən qorumaq üçün doğma divarlar arasında sərfəli nəticə əldə etməlidir.
Bu tərəflər arasında 8-ci qarşılaşma olacaq. Öncəki 7 oyunun 2-də Şamaxı klubu, 4-də isə Naxçıvanlılar qələbə qazanıb. 1 görüşdə isə bərabərlik qeydə alınıb.
Bu oyuna qədər "şirlər" rəqib qapısına 4 dəfə yol tapıb. "Ağ-qırmızılar" isə 7 qol vurmaqla buraxılan topların əvəzini artıqlaması ilə çıxıb.
Misli Premyer Liqasında "Qarabağ" və "Zirə"nin mövsüm başa çatmadan qızıl və gümüş medalları alacağı dəqiqləşib. Sizcə, bu gün ölkə çempionatında bürünc medalın sahibi də bəlli olacaq?
Sport1.az