Misli Premyer Liqasında 33-cü turunun daha bir maraqla gözlənilən görüşündə "Neftçi" "Kəpəz"i qəbul edəcək.Sport1.az xəbər verir ki, turnir cədvəlinin 9-cu sırasında qərarlaşan gəncəlilər üçün xal qazanmaq xüsusi əhəmiyyət kəsb edir. "Dağlılar" sonuncu pillədə yer alan "Səbail"lə xal fərqini artırmaq üçün sərfəli nəticə əldə etməlidir. Liqanın 7-cisi olan "Neftçi" isə daha yuxarı mövqelər üçün xallar qazanmalıdır.
Bu tərəflər arasında 63-cü qarşılaşma olacaq. Son oyunda "Kəpəz" evdə minimal hesabla qalib gəlib - 1:0.
Öncəki oyunların 30-da "ağ-qaralar" qalib gəlib, 21-də isə gəncəlilər qələbə qazanıb. 11 matçda isə bərabərlik qeydə alınıb.
Bu oyuna qədər meydan sahibləri rəqib qapısından 100 top keçirib. Qonaqlar isə bu qollardan cəmi 62-nin əvəzini çıxa bilib.
Qonaqlar son 5 görüşün hər birində paytaxt təmsilçisinin "çərçivəsi"nə ümumiyyətlə yol tapa bilib. Sizcə, qol seriyası bu gün də davam edəcək?
Sport1.az