Misli Premyer Liqasının 24-cü turunun oyunları davam edir. Sport1.az xəbər verir ki, günün ikinci matçında "Qarabağ" "Sabah"ı qəbul edəcək.
Qarşılaşmanın favoriti Ağdam təmsilçisidir. "Köhlən atlar" liderliyini qorumaq üçün "bayquşlar"ı məğlub etməlidir. Düzdür, Ağdam təmsilçisinin əsas rəqibləri ilə xal fərqi olduqca çoxdur. Buna baxmayaraq, ağdamlılar matça qələbə qazanmaq üçün çıxacaq.
"Bayquşlar" avrokuboklara vəsiqə qazanmaq niyyətindədir. Masazır klubu "Turan Tovuz"la xal fərqini azaltmaq üçün qələbə qazanmalıdır. Lakin Vitali Berezutskinin komandasının işi o qədər də asan olmayacaq.
Ümumiyyətlə, bu komandalar indiyə kimi 25 dəfə üz-üzə gəliblər. 15 görüşdə "Qarabağ" qələbə qazanıb. 2 görüşdə isə "Sabah" qalib gəlib. 8 matçda isə heç-heçə qeydə alınıb. Topların nisbətində də ağdamlılar üstündürlər - 48:22.
"Köhlən atlılar" son 8 qarşılaşmada qol vurmağı bacarıb. "Sabah" isə tarixi ərzində səfərdə qələbə qazana bilməyib.
“Qarabağ” – “Sabah”Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR hakimi: Rəşad Əhmədov
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00
Sport1.az