Misli Premyer Liqasının 34-cü turunda "Səbail" "Zirə"yə məğlub oldu.Sport1.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Elvin Məmmədov mətbuar konfransında iştirak etdi.
Mütəxəssis görüş haqda bunları söylədi:
"Bilirdik ki, bizi ağır oyun gözləyir. Allah bizə şans vermişdi, yararlanmaq istəyirdik. Amma alınmadı. Yaxşı mübarizə apardıq. Futbolçulara təşəkkür edirəm. İdman xoşbəxtliyi bizdən yan keçdi. Şansı mənə verdiyinə görə rəhbərliyə təşəkkür edirəm. Əlimizdən nə gəldisə, etməyə çalışdıq. Mənim də adım var. Bu barədə rəhbərliklə danışmamışıq. Çünki ümidimiz var idi. Yenidən Premyer Liqaya yüksəlmək üçün təklif olarsa, niyə də olmasın?"
Sport1.az