Misli Premyer Liqasının 30-cu turunda "Turan Tovuz" "Sabah"a qalib gəldi - 2:1.Sport1.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Kurban Berdiyevin mətbuat konfransı keçirildi.
Mütəxəssis qələbə haqda bunları söylədi:
"Düşünürəm ki, layiqli qələbə qazandıq. Matça yaxşı başlamamışdıq. İkinci hissədə oyunun gedişatını tamamilə dəyişdik".-
Qırmızı vərəqə gördüyünüz epizodu necə şərh edərdiniz?- Karyeramda ilk qırmızı vərəqə idi. Emosiyalar var idi. Bu cür davranmalı deyildim. Rəqibin hücumçuları Hurtadoya qarşı açıq ayaqla oynayırdılar. Amma hakim səssiz qalırdı.
-
Bu qələbə komandaya əlavə motivasiya verə bilər?- Buna ümid edirəm. Üzərimizdə psixoloji təzyiq var idi. Bu qələbədən sonra təzyiqin aradan qalxdığını düşünürəm.
-
Oyunu tribunadan izlədiniz. Komandanın oyunu oradan necə görünürdü?- İkinci hissədə 4 müdafiəçiyə keçdik və Jonu irəliyə buraxdıq ki, orada təzyiq etsin. Bu da işə yaradı. Tribundan baxmağa gəlincə, bir daha oyunu oradan izləmək istəmərəm.
-
Sizin üçün avrokuboklara getmək üçün çempionatda 3-cü olmaq realdır, yoxsa "Qarabağ" və ya "Araz-Naxçıvan"ın kuboku qazanmasına ümid etmək?- Biz heç kimdən asılı olmaq istəmirik. Oyundan oyuna hazırlaşırıq. Kiminsə uğursuzluğuna yox, öz oyunumuza köklənirik.
Sport1.az