Misli Premyer Liqasının 29-cu turunda "Sabah" "Kəpəz"ə uduzdu - 0:1.Sport1.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Vasiliy Berezutski mətbuat konfransında iştirak etdi.
Mütəxəssis görüş barədə fikirlərini səsləndirdikdən sonra jurnalistlərin suallarını cavablandırdı:
"Pis oyun oldu. Meydanda hərəkət etməyəcəyiksə, döyüşməyəcəyiksə, turnir cədvəlində bizdən aşağı pillələrdə olan komandalarla oyunlarda həmişə bu cür nəticələr qeydə alınacaq. Bu tip matçlarda daha çoxunu meydanda etməlisən".- "
Neftçi" ilə matçdan sonra mətbuat konfransını erkən tərk etməklə mətbuata hörmətsizlik etdiyinizi düşünmürsünüz?- Burada hörmətsizlikdən söhbət gedə bilməz. Bu, futboldur, bəzən belə emosiyalar olur. Bu oyun haqda çoxlu söz-söhbətlər var idi. Bizim keçmiş kapitanımız, hazırda "Neftçi"də çıxış edən Elvin Camalov çox qeyri-peşəkar davranış sərgiləmişdi.
- "Turan Tovuz"a yaxınlaşmaq imkanını əldən verdiniz...- Hər oyunda qələbə qazanmalıyıq. Amma bu cür yanaşma ilə çətin olacaq. Bir ayaqla qalib gəlmək olmaz.
Sport1.az