Misli Premyer Liqasının 34-cü turunda "Səbail" "Zirə"yə məğlub oldu - 0:1.Sport1.az xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında iştirak etdi.
Mütəxəssis qələbə haqda fikirlərini səsləndirdi:
"Məyusluğumu bildirmək istəyirəm. "Səbail"in Premyer Liqadan düşməsi ilə bağlı. Qış fasiləsindən sonra çox yaxşı, əzmkar komanda var idi. Bir çox oyunlarda çoxlu qaçırılan fürsətlər var idi. Bu oyunda da, həmçinin. Bu gün də 4-5 epizodlar qaçırırdılar. Düşünürəm ki, bu da Premyer Liqadan düşməklərinin əsas səbəblərindən oldu. Ümid edirəm ki, ruhdan düşməzlər. "Qəbələ" kimi böyük peşəkarlıq göstərib, Premyer Liqaya dönəcəklər. Neçə illərdir futbolumuza rəng qatırdılar. Futbolçularımı təbrik edirəm. Bugünkü oyuna köklənmək asan deyildi. Keçən tur əsas məqsədimizə nail olmuşduq. Amma futbolçularla danışığımız olub. Bu gün futbolçularımız danışıqları düzgün təhlil edib, peşəkarlıq göstərdilər. Əsas məqsəd avrokuboklara hazırlıqdır. Bizim üçün avrokubokların hazırlığının ilk hissəsi olacaq. Qapımıza təhlükəli epizodlar oldu. Top itkiləri oldu. Futbolçular intizamlı idi. Hər bir komanda bizim üçün doğmadır. Bizi qarşıda son 2 oyun gözləyir".
Sport1.az