Misli Premyer Liqasının 25-ci turunda "Sabah" "Araz-Naxçıvan"la heç-heçə etdi - 2:2.Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra meydan sahiblərinin çalışdırıcısı Vasili Berezutski mətbuat konfransında iştirak etdi.
Mütəxəssis görüş haqda bunları söylədi:
"Bu oyunda bir balaca üstünlüyümüz var idi. Qollarımızı da vurduq. Amma qolları vurduqdan sonra, asanlıqla qollar buraxdıq. Nəsə demək çətindir. İki qol vurduqdan sonra bu qədər asan qollar buraxmamalıyıq. Bəzən konsentrasiya futbolda kifayət qədər qiymət verilməyən dəyərdir. Konsentrasiyanın itməsi nəticəsində qapıda qollar görülür. Yüksək hədəflər uğrunda mübarizə aparan komanda üçün qısa müddətlik olsa belə, konsentrasiyanı itirmək qəbuledilməzdir. Biz hələ heç nə itirməmişik. Çempionatdakı oyunların nəticələri də çox vaxt gözlənilməz olur. Bizim məqsədimiz çıxdığımız hər oyunda qalib gəlməkdir".
Sport1.az