Misli Premyer Liqasının 26-cı turunda "Sumqayıt" "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəldi.Sport1.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Vaqif Cavadov mətbuat konfransında iştirak etdi.
Mütəxəssis qələbə haqda bunları söylədi:
"Çətin vəziyyətdə idik. Bu günkü oyun vacib idi. Uşaqlar bunu dərk edirdilər. Gözəl oyunla 3 xal qazandılar. Azər Bağırov yaxşı komanda formalaşdırıb. Onları da təbrik edirəm. Mən gənc məşqçiyəm. Səhvlərim ola bilər. Bu situasiyaya düşməlisən ki, buradan da qalxa biləsən. Komandada birlik və bərabərlik var. Psixoloji cəhətdən də hazır idik. Allaha şükür qalib gəldik".
Sport1.az