Misli Premyer Liqasının 25-ci turunda "Kəpəz" "Neftçi"yə qalib gəldi - 1:0.Sport1.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Azər Bağırov mətbuat konfransında iştirak etdi.
Mütəxəssis qələbə haqda bunları söylədi:
"Bir neçə oyun öncə demişdim. Nə qədər epizodlar yaradırdıq, amma dəyərləndirə bilmirik. 2 kubok matçından yenilmişdik. Demək ki, uşaqları bu oyuna yaxşı motivasiya edə bilmişik. Allaha şükürlər olsun ki, qələbə qazandıq. Çox vacib qalibiyyət idi. Sözün açığı, "Sumqayıt"la oyun haqda düşünməmişik. "Neftçi" ilə matçlar bizim üçün vacibdir. İndi onlar haqda düşünə bilərik. Hər şeyi oyunda görəcəyik. Problemlər bizdə daha çoxdur, nəyin ki, "Sumqayıt"da. Ehtiyat skamyası oyunçuları zəngindir. Rövlan, Səbuhi kimi futbolçular ilk "11-lik"də yer tapmırlarsa, demək ki, bizdə problemlər daha çoxdur".
Sport1.az