Misli Premyer Liqasının 25-ci turunda "Turan Tovuz" "Zirə"yə 0:2 hesabı ilə məğlub oldu.Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra meydan sahiblərinin çalışdırıcısı Kurban Berdiyev mətbuat konfransında iştirak etdi.
Mütəxəssis məğlubiyyət haqda bunları söylədi:
"Belə komanda ilə oyunda erkən qol buraxmaq, sonra toparlanmaq çox çətin olur. Dəyişikliklərdən sonra meydanın ortasını onlara vermiş olduq. İkinci qolu buraxdıqdan sonra toparlana bilmədik. Fərdi səhvlərə görə uduzduq. Buna baxmayaraq, rəqib layiqli qələbə qazandı. Hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. Bunun üçün mübarizə aparırıq. Çalışacağıq ki, hədəfimizə çataq".
Sport1.az