Misli Premyer Liqasının 25-ci turunda "Turan Tovuz" "Zirə"yə 0:2 hesabı ilə məğlub oldu.Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların çalışdırıcısı Rəşad Sadıqov mətbuat konfransında iştirak etdi.
Mütəxəssis qələbə haqda bunları söylədi:
"Futbolçuları ağır səfərdə göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm. "Turan Tovuz" əla komandadır. Bu kollektivlə oynamaq çox çətindir. Sıx qrafik keçiririk. Ən ağır qrafik bizdədir. 4 gün sonra "Səbail"i oynamalıyıq. Onlar da yaxşı kollektivdir. Əzmkar mübarizə aparırlar. Yenə deyirəm, vacib görüşdə önəmli qələbə qazandıq".
Sport1.az