Misli Premyer Liqasının 26-cı turunda "Neftçi" "Turan Tovuz"la heç-heçə edib - 1:1.Sport1.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Samir Abasov mətbuat konfransında iştirak etdi.
Mütəxəssis oyun haqda bunları söylədi:
"Rəqib azlıqda qalmamışdan qabaq oyuna yaxşı başlamışdıq. Nə etmək istədiyimiz görünürdü. Əsas o idi ki, biz istədiyimizi futbolçular yerinə yetirirdi. Dinamika, sürət var idi. Rəqib 10 nəfərlə qalsa da, onların oyunu bəllidir. Bütün komanda ilə müdafiə olunurdular, bizə də çətinlik yaradırdılar. Amma ilk hissədə 2 real epizodumuz var idi. Sonra hücuma daha ürəkli getməyə başladıq. Dəyişikliklərin də təsiri oldu ki, qol vurduq. Oyunun əvvəlində 10 nəfərə qarşı hazırlaşmırsan. Amma rəqib 10 və 11 nəfərlə də eyni cür oynayanda, plan üzrə iş gedir".
Sport1.az