Misli Premyer Liqasının 25-ci turunda "Sabah" "Araz-Naxçıvan"la heç-heçə etdi - 2:2.Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların çalışdırıcısı Elmar Baxşıyev mətbuat konfransında iştirak etdi.
Mütəxəssis görüş haqda bunları söylədi:
"Yaxşı, maraqlı, dinamik oyunun şahidi olduq. Hər iki komanda meydançada daha çox hücum kreativliyi ilə seçilirdi. Komandanın göstərdiyi performansdan məmnun qaldım. Yolumuza davam edirik. Bu gün yaxşı oyun göstərərək, bir xal qazandıq. Biz enişdə deyildik. Kim deyir ki, "Araz-Naxçıvan" enişdədir? Maşallah olsun komandam möhkəmdir. Oyunumuzla da enişdə olmadığımızı göstəririk. Dörd gündən əvvəl "Zirə"ni məğlub edərək ölkə kubokunda yarımfinala vəsiqə qazanan komanda enişdə ola bilməz. Sadəcə zədəlilərimiz çoxdur. Ona görə heyət baxımından sıxıntı çəkirik. Amma komandam möhkəmdir. Düşünürəm ki, öz iddiasından əl çəkməyəcək".
Sport1.az