Misli Premyer Liqasının 25-ci turunda "Sumqayıt" "Qarabağ"a məğlub oldu - 0:2.Sport1.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Vaqif Cavadov mətbuat konfransında iştirak etdi.
Mütəxəssis məğlubiyyət haqda bunları söylədi:
"Çox danışmayacam. Çalışdıq. Azarkeşlərə gəldiklərinə görə təşəkkür edirəm. Yaxşı oyun izlədilər. Çalışdıq. Yaxşı oynadıq. Bunların bəhrəsini görəcəyik. Hər şey qaydasındadır. Son nöqtəni qoya bilmirik. Bunun üzərində çalışırıq. Düşünürəm ki, hər şey düzələcək. İndi məndən nə eşitmək istəyirsiniz? Əsas sözümü "Kəpəz"lə oyundan sonra deyəcəm. Həmin görüşdə meydana qələbə qazanmaq üçün çıxacağıq".
Sport1.az