Misli Premyer Liqasının 24-cü turunda "Qarabağ" "Sabah"la heç-heçə etdi - 1:1.Sport1.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Qurban Qurbanov mətbuat konfransında iştirak etdi.
Mütəxəssis görüş haqda bunları söylədi:
"Hər iki komandanın futbolçularını təbrik edirəm. Belə soyuq havada meydanda idilər. Görüşün sonlarına yaxın dinamika artdı. Ədalətli nəticə oldu. Hər iki komanda 1 xal qazandı. Matçın əvvəlində darıxdırıcı alındı. Sonradan dinamika artdı. Sonlara doğru maraqlı oyun alındı".
Sport1.az