Misli Premyer Liqasının 24-cü turunda "Qarabağ" "Sabah"la heç-heçə edib - 1:1.Sport1.az xəbər verir ki, oyundan sonra qonaqların çalışdırıcısı Vitali Berezutski mətbuat konfransında iştirak etdi.
Mütəxəssis görüş haqda bunları söylədi:
"Çox maraqlı oyun alındı. Hava şəraitinə baxmayaraq, hər iki tərəf hücumlar etdi. "Qarabağ" ilk hissədə şanslar əldə etdi. Matçın sonlarında bizim də imkanlarımız oldu. Hava şəraitinə baxmayaraq, yaxşı oynadıq. "Qarabağ" kimi komanda ilə matçda 1 xal qazanmaq yaxşı nəticədir. Məşqlərdə hücumun sonlandırmaq üzərində çox hazırlaşırıq. Amma burada şansları dəyərləndirə bilmədik. Oyunçularımızın çıxışından razı qaldım".
Sport1.az