"Fənərbağca"nın üzvü Fred yenidən İngiltərəyə qayıda bilər.Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi ilə 2027-ci ilə qədər müqaviləsi olan futbolçu ilə "Everton" yaxından maraqlanır. 32 yaşlı oyunçunun transfer dəyəri 12 milyon avrodur.
Qeyd edək ki, braziliyalı ötən mövsüm meydana çıxdığı 45 oyunda 5 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az