Diequ Moreyranın A Seriyasına keçidi gündəmdədir.
Sport1.az xəbər verir ki, “Strazburq”la 2029-cu ilin yayına qədər müqaviləsi olan 20 yaşlı sol cinah yarımmüdafiəçisi “İnter”in maraq dairəsinə düşüb. Milan təmsilçisi gənc belçikalının çıxışını yaxından izləyir və rəsmi təkliflə çıxış edə bilər.
Qeyd edək ki, Moreyra ötən mövsüm 34 oyunda iştirak edib, 2 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun transfer dəyəri 18 milyon avro olaraq qiymətləndirilir.
Sport1.az