"Kopenhagen"in üzvü Viktor Froholdt karyerasını Almaniyada davam etdirə bilər.
Sport1.az xəbər verir ki, 19 yaşlı futbolçu ilə 3 Bundesliqa klubu yaxından maraqlanır.
Söhbət "Bayer", "Borussiya" (Dortmund) və "Ayntraxt"dan gedir. İngiltərədən "Totenhem"də danimarkalının meneceri ilə artıq danışıqlara başlayıb.
Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm meydana çıxdığı 53 oyunda 6 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az