“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen bu mövsüm meydana çıxmaq istəyir.Sport1.az xəbər verir ki, qolkiper “Mundo Deportivo”ya açıqlamasında bunları deyib:
“Məqsədim bu mövsüm geri qayıtmaqdır. Özümü daha yaxşı hiss edəndə baş məşqçimizlə danışacam. Xoşbətəm və ilk gündən onunla yaxşı münasibətim var”.Ştegen ötən ilin sentyabrında dizindən əməliyyat olub.
Sport1.az