"Turan Tovuz"un üzvü Ayxan Hüseynov karyerasını ölkə xaricində davam etdirə bilər.Sport1.az xəbər verir ki, yarımmüdafiəçi ilə Türkiyə klubu maraqlanır. Söhbət Super Liqa təmsilçisi "Alanyaspor"dan gedir. Qəsəbə təmsilçisi artıq oyunçunun meneceri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Ayxan bu mövsüm meydana çıxdığı 34 oyunda 7 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.
EMİN ZEYNALLI
Sport1.az