Rıdvan Yılmaz karyerasını Türkiyədə davam etdirə bilər.
Sport1.az xəbər verir ki, 24 yaşlı futbolçu ilə “Beşiktaş” maraqlanır.
Hazırda "Qlazqo Reyncers"in şərəfini qoruyan sol cinah müdafiəçisinin transfer dəyəri 4 milyon avrodur.
Qeyd edək ki, Rıdvan bu mövsüm meydana çıxdığı 29 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Maraq üçün bildirək ki, futbolçu “Beşiktaş”ın yetirməsidir.
Sport1.az