“Beşiktaş” icarə əsasında Portuqaliyada forma geyinən gənc futbolçu ilə yollarını ayırır.Sport1.az xəbər verir ki, “qara qartal”ın hazırki prezidenti və prezident namizədi Serdar Adalı “Rio Ave”də çıxış edən “ağ-qaralar”a məxsus oyunçu Demir Ege Tıknaz üçün sözügedən komandanın satınalma maddəsini istifadə edəcəyini açıqlayıb.
İstanbul nəhəngi bu transferdən 5 milyon avro gəlir əldə edəcək. Eyni zamanda Egenin “Rio Ave”dən başqa kluba 10 milyon avroya satılacağı öyrənilib.
Qeyd edək ki, türkiyəli yarımmüdafiəçi 2024/25 mövsümündə Portuqaliya klubunun heyətində 31 oyuna çıxıb və 2 qola, 2 məhsuldar ötürməyə imza atıb.
Sport1.az