“Portu” məşhur futbolçusu ilə yeni müqavilə imzalayıb.Sport1.az xəbər verir ki, Portuqaliya nəhəngi Alan Varela ilə sazişin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yeni kontrakta əsasən 23 yaşlı yarımmüdafiəçi 2030-cu ilin iyun ayına qədər “Portu”nun formasını geyinəcək.
Qeyd edək ki, argentinalı oyunçu 2024/25 mövsümündə 44 qarşılaşmada meydana çıxıb və 3 məhsuldar ötürməyə imza atıb.
Sport1.az