İspaniya millisinin və "Barselona"nın futbolçusu Pedri karyerasını İngiltərədə davam etdirə bilər.Sport1.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.
"Mançester Siti" yarımmüdafiəçini transfer etmək istəyir.
Mövsümün sonunda Kevin De Bruynenin komandadan ayrıla biləcəyini nəzərə alan "şəhərlilər" 22 yaşlı ispana görə təxminən 100 milyon avro təklif etməyə hazırdır. Lakin Kataloniya təmsilçisinin prezidenti Joan Laporta mətbuata açıqlamasında heç bir halda futbolçunu satmayacağını bildirib.
Qeyd edək ki, Pedri bu ilin yanvarında "Barselona" ilə müqaviləsinin müddətini uzadıb. O, 2030-cu ilin yayına qədər Kataloniya klubuna məxsusdur.
Sport1.az