“Fulhem” 3 futbolçusu ilə yeni müqavilə imzalayıb.Sport1.az xəbər verir ki, Premyer Liqa komandası Harri Vilson, Adama Traore və Raul Ximenez ilə müqavilə müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hər üç futbolçu yeni kontrakta əsasən 2026-cı ilin iyun ayına qədər “Fulhem”in formasını geyinəcək.
Qeyd edək ki, sözügedən komanda hazırda 51 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Sport1.az