“İnter Mayami” ulduz futbolçu ilə yeni müqavilə imzalayıb.Sport1.az xəbər verir ki, MLS təmsilçisi Cordi Albanın müqavilə müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı müdafiəçi ilə 2027-ci ilin sonuna qədər nəzərdə tutulan kontrakt imzalanıb.
Qeyd edək ki, ispaniyalı oyunçu bu mövsüm “İnter Mayami” forması ilə meydana çıxdığı 17 oyunda 1 qolun, 3 məhsuldar ötürmənin müəllifi olub.
Sport1.az