PSJ-nin məşhur futbolçusu komandaya geri dönür.Sport1.az xəbər verir ki, icarə əsasında “Vestham”ın formasını geyinən Karlos Soler məxsus olduğu Paris klubuna qayıdır.
Ötən ilin avqust ayında Premyer Liqa təmsilçisinə icarəyə göndərilən ispaniyalı yarımmüdafiəçi ilə yeni icarə müqaviləsi imzalanmayıb.
Qeyd edək ki, 28 yaşlı oyunçu 2024/25 mövsümündə “Vestham” forması ilə 33 oyuna çıxıb və 1 qola, 1 məhsuldar ötürməyə imza atıb.
Sport1.az