“Real Madrid” heyətini gənc istedadla gücləndirməyi planlaşdırır.Sport1.az xəbər verir ki, “kral klubu” “Portu”nun oyunçusu Rodriqo Mora ilə yaxından maraqlanır. Bu barədə “Fichajes” məlumat yayıb.
18 yaşlı hücumçu “Portu” futbol akademiyasının yetirməsidir.
2024/25 mövsümündə 37 oyuna çıxan Mora 11 qola, 4 məhsuldar ötürməyə imza atıb.
Xatırladaq ki, Rodriqonun hazırki klubu ilə 2030-cu ilə qədər müqaviləsi mövcuddur.
Sport1.az