“Bolonya” baş məşqçi Vinsenzo İtaliyano ilə yeni müqavilə imzalayıb.Sport1.az xəbər verir ki, təcrübəli mütəxəssis ilə sazişin müddəti uzadılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yeni kontrakta əsasən 47 yaşlı çalışdırıcı 2027-ci ilin iyun ayına qədər komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, İtaliano ötən ilin iyun ayında “Bolonya”nın “sükanı arxası”na gətirilib.
Sport1.az