İspaniyanın "Barselona" klubu futbolçusu Jül Kunde ilə müqavilənin müddətini uzatmağa yaxındır. Sport1.az xəbər verir ki,
Fransalı müdafiəçi ilə 2030-cu ilin yayına kimi razılıq əldə olunub.
Anlaşmaya əsasən, oyunçunun məvacibində artım olacaq
Qeyd edək ki, Jül Kunde cari mövsümdə bütün turnirləd 43 oyunda 3 qol və 8 ötürmə ilə yadda qalıb. Onunla klub arasındakı hazırki müqavilə 2027-ci ilin yayınadək nəzərdə tutulub.
Sport1.az