“Qalatasaray” rəhbərliyi türk futbolçu ilə yeni müqavilə imzalayıb.Sport1.az xəbər verir ki, “sarı-qırmızılar” Kaan Ayhan ilə müqavilə müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kontrakta əsasən 30 yaşlı oyunçu 2027-ci ilə qədər “Cim-Bom”un şərəfini qoruyacaq.
Qeyd edək ki, Kaan 2023-cü ildən etibarən “Qalatasaray”ın formasını geyinir.
Sport1.az