"Marsel"in yarımmüdafiəçisi Azeddin Unai karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sport1.az xəbər verir ki, "Fənərbağça" mərakeşli futbolçunu transfer etmək istəyir. Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
"Marsel" Unai üçün 8 milyon avro tələb edir. "Fənərbağça" bu məbləği ödəməyə hazırdır. Transferin baş tutma ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, Azeddin Unai ötən mövsüm icarə əsasında "Panatinaikos"da çıxış edib. 25 yaşlı orta xətt oyunçusu Yunanıstan təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az