“Kayserispor”un haitili hücumçusu Dyukens Nazon karyerasını İranda davam etdirə bilər.
Sport1.az xəbər verir ki, gələn mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçu ilə “Esteqlal” maraqlanır. Klub artıq oyunçunun meneceri ilə danışıqlara başlayıb. 31 yaşlı forvardın transfer dəyəri 1,2 milyon avrodur.
Qeyd edək ki, Nazon ötən mövsüm 33 oyunda 8 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az