2024/25 mövsümündə Azərbaycan Kubokunun qalibi olan "Sabah" heyətini daha da gücləndirmək niyyətindədir.Sport1.az xəbər verir ki, paytaxt təmsilçisi Jilbert Koomsonla maraqlanır. Qanalı futbolçu ilə danışıqlar davam etdirilir.
Sağ cinah vingeri hazırda azad agentdir. 30 yaşlı futbolçu "Ayaks"ın (Akkra) yetirməsidir. Jilbert karyerası ərzində "Polis Tero", "Samutsonqxram" (hər ikisi də Tailand), "Soqndal", "Brann", "Bude-Qlimt", "Aalesunds", "Sanneford" (hamısı Norveç), "Kasımpaşa" (Türkiyə), "Hapoel" (Petah Tikva, İsrail), "Dohuk" (İraq) kimi klublarda çıxış edib.
Yarımmüdafiənin sol və sağ cinahında çıxış edən oyunçu Qana millisində 1 qarşılaşmada meydanda olub.
Qeyd edək ki, Koomson karyerası ərzində 329 oyun keçirib. O, bu görüşlərdə 43 qol vurub, 46 məhsuldar ötürmə edib.
Sport1.az