Hazırda azad agent olan Munir El-Haddadi karyerasını Xorvatiyada davam etdirə bilər.
Sport1.az xəbər verir ki, "Barselona" yetirməsi ilə "Zirə"nin rəqibi olan "Hayduk" yaxından maraqlanır. 29 yaşlı sağ cinah vingerin hazırkı dəyəri 1,5 milyon avrodur.
Qeyd edək ki, ötən mövsümü "Leqanes"də keçirən mərakeşli meydanda olduğu 29 qarşılaşmada 7 qol vurmağı bacarıb.
Sport1.az