Albertu Koşta doğma çempionatına dönüş ərəfəsindədir.
Sport1.az xəbər verir ki, “Yuventus”la 2029-cu ilin yayına qədər müqaviləsi olan 21 yaşlı sağ cinah müdafiəçisinə “Porto” və “Sportinq” klubları ciddi maraq göstərir. Hər iki Portuqaliya nəhəngi Koştanı heyətinə qatmaq üçün ilkin danışıqlara start verib.
Qeyd edək ki, Albertu Koşta ötən mövsüm 39 oyunda meydana çıxıb, 1 qol vurub və 8 məhsuldar ötürmə ilə fərqlənib. Onun hazırkı transfer dəyəri 10 milyon avro qiymətləndirilir.
Sport1.az