Morten Yulmanın adı bir daha İtaliya təmsilçisi ilə hallanır.
Sport1.az xəbər verir ki, “Sportinq”lə 2028-ci ilin yayına qədər müqaviləsi olan danimarkalı yarımmüdafiəçi “Yuventus”un diqqət mərkəzindədir. Turin klubu 26 yaşlı dayaq yarımmüdafiəçisini heyətə qatmaq üçün vəziyyəti yaxından izləyir.
Qeyd edək ki, Yulman ötən mövsüm 47 oyunda meydana çıxaraq 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun transfer dəyəri 50 milyon avro olaraq göstərilir.
Sport1.az