"Porto"nun yarımmüdafiəçisi Qonçalo Borqes "Feyenoord"a keçib.
Sport1.az xəbər verir ki, bu barədə Niderland klubunun rəsmi saytı məlumat yayıb.
Bu transfer üçün Portuqaliya klubuna 9 milyon avro ödənilib. Borqeslə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 24 yaşlı portuqaliyalı futbolçu "Benfika"nın yetirməsidir. 14 yaşında "Porto"ya keçən futbolçu "əjdahalar"ın əsas heyətində 88 oyun keçirib, 2 qol vurub, 10 məhsuldar ötürmə edib.
Sport1.az