Aleksandar Stankoviç "İnter U-20"dən ayrılmağa yaxınlaşır.
Sport1.az xəbər verir ki, 2028-ci ilin yayına qədər "Milan" klubuyla müqaviləsi olan 19 yaşlı serbiyalı futbolçuya “Klub Brügge” və “Volfsburq” ciddi maraq göstərir. Hər iki klub artıq dayaq yarımmüdafiəçisini heyətinə qatmaq üçün ilkin təmaslara başlayıb.
Qeyd edək ki, Stankoviç ötən mövsümü İsveçrənin “Luzern” klubunda icarə əsasında keçirib. O, 40 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı transfer dəyəri 11 milyon avrodur.
Sport1.az