İspaniyanın "Barselona" klubuna texniki məğlubiyyət verilə bilər.
Sport1.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.
La Liqanın 27-ci turundan təxirə salınan "Osasuna" ilə oyunla bağlı qalmaqal yaranıb.
"Osasuna" beynəlxalq fasilədən sonra oyunçuların geri qaytarılması ilə bağlı FİFA qaydalarını pozduğuna görə "Barselona"ya qarşı apellyasiya şikayəti verməyi nəzərdən keçirir.
Söhbət İspaniya millisinə çağırılan, lakin dizindən aldığı zədə səbəbindən yenidən klubuna göndərilən mərkəz müdafiəçisi İniqo Martinezdən gedir. İnqio ötən gecə keçirilən görüşdə "Barselona"nın start heyətində yer alıb.
FİFA qaydalarına əsasən, zədə səbəbindən millinin heyətindən çıxarılmış futbolçular beynəlxalq fasilə bitdikdən sonra ən az 5 gün öz klublarında oynaya bilməzlər. Onlar yalnız iştirakları ölkə federasiyası tərəfindən rəsmən təsdiq olunduğu halda komandalarına kömək edə bilərlər.
Buna görə də, Martinezin matçda meydana çıxması qeyri-qanuni hesab olunarsa, "Barselona" 3 xaldan məhrum edilə bilər.
Sport1.az