Zədə səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalan Qabriel Paulistadan “Beşiktaş” azarkeşlərinə şad xəbər gəldi.Sport1.az xəbər verir ki, Türkiyə Super Liqasının XXXIV turu çərçivəsində “Fənərbağça”ya qarşı baş tutacaq oyunda təcrübəli müdafiəçinin oynamaq ehtimalı yüksəlib. Bu barədə “BEIN Sports” məlumat yayıb.
Braziliyalı oyunçu derbi üçün hazırlıq məşqində də iştirak edib.
Qeyd edək ki, Paulista 2024/25 mövsümündə “ağ-qaralar”ın forması ilə 23 oyuna çıxıb və 1 qola, 1 məhsuldar ötürməyə imza atıb.
Sport1.az