İspaniyanın "Barselona" klubu heyətini yeni cinah müdafiəçisi ilə gücləndirmək istəyir. Sport1.az xəbər verir ki, Kataloniya təmsilçisi “Monako”nun 23 yaşlı futbolçusu Vandersonla maraqlanır.
"Barselona"nın keçidi bu yay reallaşdırmaq istədiyi bildirilib. Fransa təmsilçisinin sözügedən oyunçunu azı 20 milyon avroya satmağı planlaşdırdığı vurğulanıb.
Qeyd edək ki, 2022-ci ilin yanvarında, 11 milyon avro qarşılığında “Qremio”dan alınan futbolçunun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.
Sport1.az