İspaniyanın "Atletiko" klubunun baş məşqçisi Dieqo Simeone "Barselona"ya evdə 2:4 hesabı ilə uduzduqları La Liqanın oyunundan sonra açıqlama verib.
Sport1.az xəbər verir ki, təcrübəli mütəxəssis rəqibin güclü kollektiv olduğunu bildirib:
Onun sözlərinə görə, “Atletiko” hələ də çempionluq şansını saxlayır:
“Barselona”nın “Real Madrid”lə oyunu olacaq. Əlimizə düşən şanslardan faydalanmağa çalışacağıq”.
Simeone “Barsa”ya məğlubiyyəti belə şərh edib:
“Barselona”nın bəxti gətirdi. Biz də qələbə qazana bilərdik. Əks-hücumlarda yaranan şansları boşa verdik. Hesab 2:0 qala bilməzdi. Rəqib əlverişli vəziyyətdən istifadə edib fərqi azaltdı. “Barselona” kimi güclü və yaxşı komanda üçün bu, əlavə təkan oldu”.
Qeyd edək ki, İspaniya La Liqasında 28-ci turun mərkəzi oyununda Madriddə “Atletiko” çempionluğa iddialı “Barselona”ya uduzub – 2:4. Oyunun 72-ci dəqiqəsinə qədər meydan sahibləri 2:0 öndə olsalar da, “Barselona” sona yaxın 4 qol vuraraq, əzmkar qələbə qazanıb.
Sport1.az