Almaniyanın "Verder" klubu təcrübəli hücumçusu ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, gələn mövsümün sonunda müqaviləsi başa çatan futbolçu ilə "Birminqem" maraqlanır. 31 yaşlı almaniyalı forvardın hazırkı transfer dəyəri 6 milyon avrodur.
Qeyd edək ki, Dukş ötən mövsüm meydana çıxdığı 36 oyunda 9 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az