"Vulverhempton" portuqaliyalı hücumçusu ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, gələn mövsümün sonunda müqaviləsi başa çatan futbolçu ilə "Borussiya Dortmund" və "Roma" klubları maraqlanır. 23 yaşlı forvardın hazırkı transfer dəyəri 20 milyon avrodur.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Las Palmas"da keçirən Silvа meydana çıxdığı 15 oyunda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az