"Əl Hilal"ın hücumçusu Aleksandar Mitroviç yenidən İngiltərəyə qayıda bilər.
Sport1.az xəbər verir ki, gələn mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçu ilə "Nyukasl Yunayted" və "Tottenxem" maraqlanır. 30 yaşlı forvardın hazırda transfer dəyəri 18 milyon avrodur.
Qeyd edək ki, serbiyalı ötən mövsüm meydana çıxdığı 36 oyunda 28 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az