Yapon futbolçunun yenidən Belçika klubu ilə yolları kəsişə bilər.
Sport1.az xəbər verir ki, gələn mövsümün sonunda müqaviləsi başa çatan "Reyms"in üzvü Cunya Ito ilə onun sabiq klubu "Genk" maraqlanır. 32 yaşlı sağ cinah oyunçusunun hazırkı transfer dəyəri 6 milyon avrodur.
Qeyd edək ki, yaponiyalı futbolçu ötən mövsüm meydana çıxdığı 39 oyunda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az