"Çelsi"nin ingiltərəli yarımmüdafiəçisi Kirnan Dyuzberi-Xollun transferi ilə bağlı maraqlı iddialar yayılıb.Sport1.az xəbər verir ki, 2029-cu ilə qədər müqaviləsi olan futbolçu ilə "Everton" və "Fulxem" maraqlanır. 26 yaşlı oyunçunun transfer dəyəri 20 milyon avrodur. Qeyd edək ki, o, ötən mövsüm 36 oyunda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az